Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Quba rayonunun Qonaqkənd kənd sakini Qırxlar Məmmədova məxsus evdə yanğın baş vermişdir

14.01.2010

Saat 16.00 radələrində Quba rayonunun Qonaqkənd kəndində, kənd sakini Qırxlar Məmmədova məxsus 2 mərtəbəli evdə yanğın baş vermişdir. Nəticədə 10 kvm. sahədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanmış, Q.Məmmədovun oğlu, 2004-cü təvəllüdlü Həsən isə tüstüdən boğularaq ölmüşdür. İlkin yoxlama prokurorluq tərəfindən aparılır.