Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Nəzarət qaydasında saxlanılmış avtomaşında 14 baş oğurlanmış qoyun aşkar edilmişdir

13.01.2010

Yanvarın 13-də Kürdəmir RPŞ əməkdaşları tərəfindən rayonun Şıxımlı kəndində “Nissan-Terrano” markalı avtomaşın nəzarət qaydasında saxlanılmış və orada 14 baş qoyun aşkar edilmişdir. Avtomobilin sürücüsü, Ağsu rayon sakini, əvvəllər məhkum olunmuş Ceyhun Dəmirov və sərnişinləri, həmyerliləri Bəşir Ağaməmmədovun, Qismət Baxışovun ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində qoyunların Ağsu rayonunun Qasımbəyli kənd sakini Zahid Hacıalıyevə məxsus olması və onlar tərəfindən oğurlanması müəyyən edilmişdir. Faktla əlaqədar cinayət işi başlanmışdır.