Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Saxta əskinasların satışı ilə bağlı İmişli rayon sakini Babək Həsənov və Bakı şəhər sakini Aybəniz Məmmədova tutulmuşlar

11.01.2010

Nərimanov RPİ 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İmişli rayon sakini Babək Həsənov 11 ədəd 20 manatlıq və 1 ədəd 100 manatlıq saxta əskinasları satarkən tutulmuşdur. Aparılmış əməliyyat tədbirləri nəticəsində B.Həsənova saxta əskinasları satmış Bakı şəhər sakini Aybəniz Məmmədova tutulmuş və ondan 13 ədəd 20 manatlıq saxta əskinaslar götürülmüşdür.