Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Yanvarın 5-də Əzizbəyov rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Aybəniz Əhmədova ölmüşdür

11.01.2010

Yanvarın 5-də Əzizbəyov rayonu ərazisində Bakı şəhər sakinləri Araz Hüseynovun idarə etdiyi “VAZ-21011” markalı və Rahib Əhmədovun idarə etdiyi “VAZ-2106” markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə R.Əhmədovun xəsarət almış sərnişinləri, arvadı Aybəniz və oğlu Sübhan xəstəxanaya yerləşdirilmişlər. Yanvarın 10-da Aybəniz orada ölmüşdür. Əzizbəyov RPİ tərəfindən araşdırmalar aparılır.