Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 33 cinayət faktı qeydə alınmışdır

10.01.2010

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 33 cinayət faktı qeydə alınmışdır ki, onların da 19-u “isti izlər”lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 5 cinayətin üstü açılmışdır. 

  • Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 2 nəfər ölmüş, 6 nəfər isə yaralanmışdır. 
  • 6 yanğın hadisəsi qeydə alınmışdır. 
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilmişdir. 
  • Cinayət törətdiklərinə görə 20 nəfər tutulmuşdur.