Suraxanı qəsəbəsindəki 3-cü mədən küçəsinin partladılacağı barədə daxil olmuş məlumat təsdiqini tapmamışdır
10.01.2010 Saat 13.23 radələrində Aqil adlı şəxs DİN-in “102” Xidmətinə zəng edərək naməlum şəxslər tərəfindən Suraxanı qəsəbəsindəki 3-cü mədən küçəsinin partladılacağı barədə məlumat vermişdir. Dərhal daxili işlər orqanları əməkdaşları tərəfindən əməliyyat tədbirləri həyata keçirilmiş, məlumat təsdiqini tapmamışdır. Araşdırmalar zamanı zəng edilən nömrənin sahibinin şəxsiyyəti müəyyən edilmişdir. Araşdırmalar aparılır.