Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

İran vətəndaşı Bani Saffari Behreuz Rahman oğlunun meyitindən 127 bükümdə çəkisi 250 qram narkotik vasitə olan heroin aşkar edilmişdir

09.01.2010

Yanvarın 9-da saat 00.20 radələrində Astara rayonunun Ərçivan kəndində, kənd sakini Salman Hüseynovun evinə qonaq gəlmiş İran vətəndaşı Bani Saffari Behreuz Rahman oğlu orada ölmüşdür. Tibbi müayinə zamanı meyitin mədə və bağırsaqlarından ümumilikdə 127 bükümdə çəkisi 250 qram narkotik vasitə olan heroin aşkar edilmişdir. İlkin yoxlama prokurorluq tərəfindən aparılır.