Xətai rayonunda yaşayan Anna Mİrzəyevanın evində elektrik qızdırıcısına nəzarətsizlikdən yanğın baş vermişdir
07.01.2010 Saat 14.45 radələrində Xətai rayonu Cavanşir küçəsi ev 9-da yaşayan Anna Mİrzəyevanın evində elektrik qızdırıcısına nəzarətsizlikdən yanğın baş vermişdir. Nəticədə 3 kvm. sahədə döşəmə və yataq dəsti yanmış, A.Mirzəyeva isə ölmüşdür. İlkin yoxlama prokurorluq tərəfindən aparılır.