Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bankomat kartı alaraq qaçmış Bakı şəhər sakini Fuad Baxşiyevdən 0,182 qram heroin götürülmüşdür

05.01.2010

Saat 12.00 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsində naməlum şəxs qəsəbə sakini Asif Səmədovun bankomat kartını əlindən alaraq qaçmışdır. Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Fuad Baxşiyev tutulmuş, ondan 0,182 qram heroin götürülmüşdür. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun yanvarın 1-də Sabunçu qəsəbə sakini Qurbanqulu Hüseynovun, yanvarın 4-də isə Bakıxanov qəsəbə sakini Şəfiqə Məmətiyevanın bankomat kartlarını əllərindən alması müəyyən edilmişdir.