Sabirabad rayon sakini A.Mirzəyevi hədələyərək pul verməsini tələb etmiş A.Məhərrəmov tutulmuşdur
01.01.2010 Saat 10.30 radələrində Sabirabad rayonu ərazisində naməlum şəxs rayon sakini Amil Mirzəyevə məxsus mağazaya gəlib tapançaya oxşar əşya ilə onu hədələyərək pul verməsini tələb etmişdir. Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Sabirabad rayon sakini Asif Məhərrəmov tutulmuşdur.