Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

FHN-in “112” xidmətinə zəng edərək yalan məlumat vermiş Quba rayon sakini H.Şahverdiyev tutulmuşdur

01.01.2010

Saat 10.35 radələrində naməlum şəxs FHN-in “112” xidmətinə zəng edərək çeçenlər tərəfindən onun uşaqlarının girov götürülməsi, buraxılması müqabilində isə Bakı-Quba neft kəmərini partlatmağa məcbur edilməsi barədə məlumat vermişdir. Məlumat DİN-in Növbətçi Hissələri İdarəetmə Xidmətinə ötürülmüş, müvafiq tədbirlər görülmüş, təsdiqini tapmamışdır. Görülmüş tədbirlər nəticəsində yalan məlumatı vermiş Quba rayon sakini, əvvəllər məhkum olunmuş, sərxoş halda olan Həmdulla Şahverdiyev tutulmuşdur. Araşdırmalar aparılır.