Xətai rayonu ərazisində Bakı şəhər sakini S.Həsənov avtomaşını idarə edərkən F.İsmayılovu vurmuşdur
31.12.2009 Dekabrın 30-da saat 23.40 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini Sahib Həsənov "Niva" markalı avtomaşını idarə edərkən həmyerlisi Fəxrəddin İsmayılovu vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş F.İsmayılov dekabrın 31-də orada ölmüşdür. Xətai RPİ tərəfindən araşdırmalar aparılır.