Bomba qoyulması ilə bağlı verilmiş məlumat təsdiqini tapmamışdır
30.12.2009 Saat 10.59 radələrində naməlum şəxs FHN-in “112” xidmətinə zəng edərək Şirvan şəhərinə bomba qoyulması barədə məlumat vermişdir. Məlumat DİN-in Növbətçi Hissələri İdarəetmə Xidmətinə ötürüldükdən sonra müvafiq tədbirlər həyata keçirilmişdir. Lakin məlumat təsdiqini tapmamışdır. Araşdırmalar zamanı yalan məlumat verən şəxsin istifadə etdiyi telefonun Şirvan şəhər sakini Zakir Səfərova məxsus olması və zəngin onun 14 yaşlı qızı tərəfindən edilməsi müəyyən olunmuşdur. Araşdırmalar aparılır.