Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Naməlum şəxs H.Əliyev küçəsindəki 53 saylı evin qarşısında qumbara partlatmışdır

30.12.2009

Dekabrın 30-da saat 18.25 radələrində naməlum şəxs Nərimanov rayonu H.Əliyev küçəsindəki 53 saylı evin qarşısında qumbara partlatmışdır. Nəticədə o həlak olmuş, yaxınlıqda olan Sabunçu Xətt Polis Şöbəsinin əməkdaşı, polis leytenantı Ruslan Dəmirçiyev ayaq nahiyəsindən qəlpə yarası almışdır.
Dərhal hadisə yerinə gələn Nərimanov RPİ əməkdaşları tərəfindən hadisəni törədənin Bakı şəhər sakini Rasim Əliyev olması müəyyən edilmişdir. Aparılan araşdırmalar zamanı o da məlum olmuşdur ki, R.Əliyev qumbaranı işə salarkən təsadüfən onu görən polis əməkdaşı Ruslan Dəmirçiyev hadisənin qarşısını almağa cəhd göstərmişdir. 
Hadisə yerindən R.Əliyevə məxsus “Makarov” tipli tapança götürülmüşdür.
Xəsarət almış polis əməkdaşı R.Dəmirçiyev xəstəxanaya yerləşdirilmişdir.
Araşdırmalar aparılır.