Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Qısqanclıq zəminində bacısını boğaraq qətlə yetirmiş Astara rayon sakini S.Ramazanov tutulmuşdur

28.12.2009

2006-cı ilin iyun ayında Türkan qəsəbəsində Astara rayon sakini Sevman Ramazanov bacısı Pərvanənin həyətində qısqanclıq zəminində digər bacısı İradəni boğaraq qətlə yetirmiş, meyitini isə torpağa basdırmışdır. DİN Baş Cinayət-Axtarı İdarəsi, Əzizbəyov RPİ, Astara RPŞ, Bakı şəhər və Əzizbəyov rayon Prokurorluğu əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində S.Ramazanov tutulmuşdur. İradənin meyiti eksqumasiya edilmiş və faktla əlaqədar Əzizbəyov rayon Prokurorluğu tərəfindən cinayət işi başlanmışdır.