Ailə-məişət münaqişəsi zəminində qardaşının mənzilini qəsdən yandırmış Yasamal rayon sakini T.Nəcəfov tutulmuşdur
28.12.2009 Saat 13.25 radələrində Yasamal rayonu Zərgərpalan küçəsində yaşayan Tofiq Nəcəfov ailə-məişət münaqişəsi zəminində qardaşı Oqtayın mənzilini qəsdən yandırmışdır. Yanğın qonşuluqda yaşayan Nigar Göyçayskayanın və Eyvaz Məmmədbəyovun mənzillərinə də keçmişdir. Nəticədə, ümumilikdə 71 kvm. sahədə yanar konstruksiyalar və oradakı ev əşyaları yanmışdır. Yasamal RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində T.Nəcəfov tutulmuşdur. Araşdırmalar aparılır.