DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür
21.02.2006Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Samux RPŞ əməkdaşlarının keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində Samux rayon sakini Mircəfər Muradovdan 250,78 qram marixuana, Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Corat qəsəbə sakini, əvvəllər məhkum olunmuş İlham Atayevdən 0,283 qram heroin götürülmüş, Əli Bayramlı ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində isə şəhər sakini, əvvəllər məhkum olunmuş Sübhan Mirzəyev 0,50 qram heroini satarkən tutulmuşdur.