Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Dekabrın 25-də R.Rəhimova məxsus avtomaşından oğurluq etmiş S.Hacıyev və Ə.Qafarov tutulmuşlar

27.12.2009

DİN Baş Cinayət-Axtarış İdarəsi və Ağdaş RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 25-də Rəşad Rəhimova məxsus avtomaşından içərisində 512 manat, 1 ədəd mobil telefon və şəxsi sənədləri olan çantanı oğurlamış Yuxarı Ləki kənd sakinləri Samir Hacıyev və Əhmədiyyə Qafarov tutulmuşdur. Ə.Qafarovdan 10,5 qram marixuana götürülmüşdür.