Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Tərtər rayonunun Borsunlu kəndindəki minalanmış sahədə baş vermiş partlayış nəticəsində kənd sakini S.Əsədov ölmüşdür

23.12.2009

Saat 11.20 radələrində Tərtər rayonunun Borsunlu kəndindəki otlaq sahəsində, kənd sakini Sabir Əsədov mal-qara otararkən minalanmış sahəyə düşmüşdür. Baş vermiş partlayışdan 20 baş qoyun tələf olmuş, xəsarət almış S.Əsədov isə xəstəxanaya aparılarkən yolda ölmüşdür.