Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 21 cinayət faktı qeydə alınmışdır

22.12.2009

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 21 cinayət faktı qeydə alınmışdır ki, onların da 13-ü “isti izlər”lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 2 cinayətin üstü açılmışdır.
  • Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 7 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 1 nəfər ölmüş, 3 nəfər isə yaralanmışdır.
  • 8 yanğın hadisəsi qeydə alınmışdır.
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 2, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.
  • Cinayət törətdiklərinə görə 22 nəfər tutulmuşdur.