Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Xaçmaz rayonunun Ağayazı kəndində yol-nəqliyyat hadisəsi

22.12.2009

Saat 13.30 radələrində Xaçmaz rayonunun Ağayazı kəndində Quba rayon sakini Telman Əbilxanovun idarə etdiyi “Qazel” markalı və Xaçmaz şəhər sakini Eldar Şıxəliyevin idarə etdiyi “VAZ-2101” markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə T.Əbilxanovun xəsarət almış sərnişinləri, Xaçmaz rayon sakini Rüstəm Bədəlov, Quba rayon sakinləri Əliheydər Bayramov və Rəfiqə Əlməmmədova xəstəxanaya yerləşdirilmişlər. Xaçmaz RPŞ tərəfindən araşdırmalar aparılır.