Köhnə Corat qəsəbə sakini M.Xəlilov ov tüfəngi ilə ehtiyatsız davrandığından açdığı atəşdən həmyerlisi Ə.Gülağayev xəsarət almışdır
22.12.2009 Saat 14.20 radələrində Köhnə Corat qəsəbə sakini Malik Xəlilov ov tüfəngi ilə ehtiyatsız davrandığından açdığı atəşdən həmyerlisi Əbülfəz Gülağayev xəsarət almışdır. Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində M.Xəlilovdan 1 ədəd ov tüfəngi götürülmüşdür. Araşdırmalara aparılır.