Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Dəvəçi rayon sakini Əhəd Hüseynovun rayonun İcra Hakimiyyətinin inzibati binasında xuliqanlıq hərəkətləri ilə bağlı araşdırmalar aparılır

21.12.2009

Saat 11.00 radələrində Dəvəçi rayon İcra Hakimiyyətinin inzibati binasında Şahnəzərli kənd bələdiyyəsinin sədri, bələdiyyəyə namizəd, kənd sakini, əvvəllər məhkum olunmuş  Əhəd Hüseynov xuliqanlıq zəminində İcra Hakimiyyəti başçısının müavini Mehdi Balabəyovu təhqir etmiş, onu intizama dəvət edən orada xidmət aparan DİN Baş Mühafizə İdarəsinin əməkdaşı, polis serjantı Rəşad Novruzovun qanuni tələblərinə tabe olmamış, ona qarşı müqavimət göstərmiş və oranın işçiləri Saleh Təhməzovu, Nəsimi Mirzəyevi öldürəcəyi ilə hədələmişdir. Faktla əlaqədar toplanmış materiallar araşdırmalar aparılması üçün rayon prokurorluğuna göndərilmişdir.

21.12.2009 tarixinə olan kriminal məlumatlar