Qanunsuz ov etmiş Dəvəçi rayon sakinlərindən 7 ədəd ov tüfəngləri, 362 ədəd güllə, habelə 23 ədəd çöl quşu götürülmüşdür
19.12.2009 Dəvəçi RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz ov etdikləri üçün Dəvəçi rayon sakinləri Eyyub Müzəffərov, Nizam Balayev, Xəqani Allahyarov, Rövşən Behbudov, Əjdər Sultanov, Təvəkkül Əmiraslanov və Bakı şəhər sakini Vüqar Əfəndiyev saxlanılmış, onlardan müvafiq sənədləri olmayan 7 ədəd ov tüfəngləri, 362 ədəd güllə, habelə 23 ədəd çöl quşu götürülmüşdür.