Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Dəvəçi rayon sakini Kamil Bədəlovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılmışdır

16.12.2009

Dekabr ayının 14-də itkin düşmüş Dəvəçi rayon sakini Kamil Bədəlovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti dekabrın 16-da saat 10.30 radələrində rayonun Ağbaş kəndi ərazisindən keçən "Samur-Abşeron" su kanalında tapılmışdır. Araşdırmalar zamanı K.Bədəlovun ruhi xəstə olması və intihar etməsi müəyyən edilmişdir.