Məktəbə bomba qoyulması ilə bağlı yalan məlumat vermiş Şirvan şəhər sakini Elman Vəliyev tutulmuşdur
17.12.2009Dekabrın 17-də saat 00.22 radələrində naməlum şəxs Səbail rayonu ərazisində taksafondan "102 zəng xidmətinə" zəng edərək Kürdəmir rayon Atakişili kəndində yolun kənarındakı məktəbə bomba qoyulması barədə məlumat vermişdir. Məlumat DİN Növbətçi Hissələri İdarəetmə Xidmətinə ötürülmüş, müvafiq tədbirlər görülmüş təsdiqini tapmamışdır. Görülmüş tədbirlər nəticəsində yalan məlumatı vermiş Şirvan şəhər sakini Elman Vəliyev tutulmuşdur. Araşdırmalar aparılır.