Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Qobustan rayonunun Bəklə kənd sakini Mürsəl Kərimova məxsus evdə yanğın baş vermişdir

15.12.2009

Saat 17.10 radələrində Qobustan rayonunun Bəklə kəndində, kənd sakini Mürsəl Kərimova məxsus 3 otaqlı fərdi evdə yanğın baş vermişdir. Nəticədə 36 kvm. sahədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanmış, M.Kərimovun qızları, 2008-ci il təvəllüdlü Əfsanə və Rəqsanə ölmüş, habelə 2002-ci il təvəllüdlü Elnurə isə yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilmişdir. Prokurorluq tərəfindən araşdırmalar aparılır.