Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Göyçay rayonunun Kürdəmiş kəndində yol-nəqliyyat hadisəsi

12.12.2009

Saat 19.00 radələrində Göyçay rayonunun Kürdəmiş kəndində Qızılağac kənd sakini Səxavət Əhmədovun idarə etdiyi “VAZ-2107” markalı və Ləkçıplaq kənd sakini Asif Yusifovun idarə etdiyi “VAZ-21011” markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə xəsarət almış S.Əhmədovun sərnişini, qardaşı Dəyanət, habelə A.Yusifovun sərnişinləri, həmyerliləri Qabil Həmidov və Məcnun Həmidov xəstəxanaya yerləşdirilmişlər. Dəyanət orada ölmüşdür. Göyçay RPŞ tərəfindən araşdırmalar aparılır.