Nərimanov prospektinə partlayıcı maddə qoyulması barədə verilmiş məlumat təsdiqini tapmamışdır
10.12.2009 Saat 15.26 radələrində özünü Osman Əliyev kimi təqdim edən şəxs FHN-in “112” xidmətinə zəng edərək Nərimanov prospektinə partlayıcı maddə qoyulması barədə məlumat vermişdir. Məlumat DİN-in Növbətçi Hissələri İdarəetmə Xidmətinə ötürülmüş, müvafiq tədbirlər görülmüş, təsdiqini tapmamışdır.
Araşdırmalar zamanı telefonun Sabirabad rayonunun Güdəcühür kənd sakini Əlverdi Əsgərova məxsus olması və zəngin onun oğlu, 15 yaşlı Münasib tərəfindən edilməsi müəyyən edilmişdir. Araşdırmalar aparılır.