Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 17 cinayət faktı qeydə alınmışdır

15.02.2006

Gün ərzində respublikanın daxili işlər orqanları tərəfindən 17 cinayət faktı qeydə alınmışdır ki, onların da 15-i "isti izlər"lə açılmışdır. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 14 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 2 nəfər ölmüş, 8 nəfər isə yaralanmışdır. Gün ərzində 5 yanğın hadisəsi qeydə alınmışdır ki, nəticədə 2 nəfər yanıq xəsarəti almışdır. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilmişdir. Cinayət törətdiklərinə görə 28 nəfər tutulmuşdur.