Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 35 cinayət faktı qeydə alınmışdır

08.12.2009

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 35 cinayət faktı qeydə alınmışdır ki, onların da 23-ü “isti izlər”lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılmışdır. 

  • Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 7 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 3 nəfər ölmüş, 3 nəfər isə yaralanmışdır. 
  • 4 yanğın hadisəsi qeydə alınmışdır. 
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilmişdir.
  • Cinayət törətdiklərinə görə 28 nəfər tutulmuşdur.

08.12.2009 tarixinə olan kriminal məlumatlar