Astara rayonu ərazisində yol-nəqliyyat hadisəsi
08.12.2009 Saat 10.00 radələrində Astara rayonu ərazisində Ojakəran kənd sakini Fazil Zülfüqarovun idarə etdiyi “QAZ-24” markalı avtomaşınla Məçidməhəllə kənd sakini Fikrət Ağayevin idarə etdiyi “Muravey” markalı motosiklet toqquşmuşlar. Nəticədə F.Ağayevin xəsarətlə xəstəxanaya yerləşdirilmiş sərnişini, həmkəndlisi Tahir Abdullayev orada ölmüşdür. Astara RPŞ tərəfindən araşdırmalar aparılır.