Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 38 cinayət faktı qeydə alınmışdır

05.12.2009

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 38 cinayət faktı qeydə alınmışdır ki, onların da 16-ı “isti izlər”lə açılmışdır.
  • Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 9 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 6 nəfər ölmüş, 5 nəfər isə yaralanmışdır.
  • 9 yanğın hadisəsi qeydə alınmışdır.
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.
  • Cinayət törətdiklərinə görə 21 nəfər tutulmuşdur.

05.12.2009 tarixinə olan kriminal məlumatlar