Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

M.Ə.Rəsulzadə qəsəbə sakini E.Musayevin evindən ev əşyaları oğurlamış N.Cəfərov və R.Hacıyev tutulmuşlar

05.12.2009

Cari ilin noyabrın 25-nə keçən gecə M.Ə.Rəsulzadə qəsəbə sakini Ehtiram Musayevin evindən pəncərədən girmək yolu ilə ev əşyaları oğurlanmışdır. Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakinləri Nicat Cəfərov və Rauf Hacıyev tutulmuşlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların noyabrın 26-da M.Ə.Rəsulzadə qəsəbəsində Bakı şəhər sakini Rafiq İbrahimova məxsus tikilməkdə olan evdən 3 ədəd plastik qapı oğurlamaları müəyyən edilmişdir.

05.12.2009 tarixinə olan kriminal məlumatlar