Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində yol-nəqliyyat hadisəsi
04.12.2009 Dekabrın 3-də Suraxanı rayonu Yeni Günəşli qəsəbəsindəki avtoyuyucu sexindən, oranın işçisi Orxan Şahıyev Bakı şəhər sakini Eldəniz İmaməliyevə məxsus “Mercedes” markalı avtomaşını qaçırmış və idarə edərkən 2007-ci il təvəllüdlü Leyla Əmiraslanovanı və onun bacısı 2008-ci il təvəllüdlü Mədinəni vurmuş, sonradan idarəetməni itirərək onu Salam Cəlalova məxsus “Mercedes” markalı avtomaşına çırpmışdır. Nəticədə L.Əmiraslanova və Mədinə xəsarət almış, avtomaşınlara isə qismən ziyan dəymişdir.