Cəlilabad rayon sakini C.Muradova qarşı quldurluq etmiş Hacıqabul rayon sakinləri Ş.Rəcəbov və S.Əsədov tutulmuşlar
02.12.2009 Hacıqabul RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayon sakini Camir Muradovun idarə etdiyi “VAZ-21154” markalı avtomaşına sərnişin qismində oturub bıçaqla onu hədələyərək 1 ədəd gödəkçəsini, 90 manatını, 1 ədəd mobil telefonunu və avtomaşının hissələrini sökərək aparmış Hacıqabul rayon sakinləri, əvvəllər məhkum olunmuşlar Şahsuvar Rəcəbov və Seymur Əsədov tutulmuşlar.