FHN-in “112” Xidmətinə yalan məlumatın Hövsan qəsəbə sakini T.Əliyev tərəfindən verilməsi müəyyən edilmişdir
02.12.2009 Saat 13.42 radələrində naməlum şəxs mobil telefonla FHN-in “112” Xidmətinə zəng edərək metronun “Nizami” stansiyasına bomba qoyulması barədə məlumat vermişdir. Məlumat DİN-in Növbətçi Hissələri İdarəetmə Xidmətinə ötürülmüş, müvafiq tədbirlər görülmüş, məlumat təsdiqini tapmamışdır. Araşdırmalar zamanı yalan məlumatın Hövsan qəsəbə sakini, 1996-cı il təvəllüdlü Tərlan Əliyev tərəfindən verilməsi müəyyən edilmişdir. Araşdırmalar aparılır.