Beyləqan rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla H.Məhərrəmov vurulmuşdur
01.12.2009 Saat 06.00 radələrində Beyləqan rayonunun Eyvazallar kəndində müəyyən edilməmiş avtomaşınla kənd sakini Həsən Məhərrəmov vurulmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş H.Məhərrəmov orada ölmüşdür. Beyləqan RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.