Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 23 cinayət faktı qeydə alınmışdır

30.11.2009

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 23 cinayət faktı qeydə alınmışdır ki, onların da 17-i “isti izlər”lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılmışdır.
  • Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 10 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 2 nəfər ölmüş, 9 nəfər isə yaralanmışdır.
  • 7 yanğın hadisəsi qeydə alınmışdır.
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir.
  • Cinayət törətdiklərinə görə 27 nəfər tutulmuşdur.

30.11.2009 tarixinə olan kriminal məlumatlar