Xırdalan şəhəri ərazisində V.Gülməmmədova ölümcül bıçaq xəsarətinin Füzuli rayon sakini E.Sadıxov tərəfindən yetirilməsi müəyyən edilmişdir
30.11.2009 Saat 23.15 radələrində Xırdalan şəhəri ərazisindən Kəlbəcər rayon sakini Vaqif Gülməmmədov bıçaq yarası ilə xəstəxanaya gətirilmiş və orada ölmüşdür. Abşeron RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Füzuli rayon sakini Elgün Sadıxov tərəfindən törədilməsi müəyyən edilmişdir. İlkin yoxlama prokurorluq tərəfindən aparılır.