Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Lənkəran şəhər sakinləri E.Talıbov və Ç.İbrahimov narkotik vasitə satarkən tutulmuşlar

28.11.2009

Nərimanov RPİ 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Lənkəran şəhər sakinləri Elmir Talıbov və Çingiz İbrahimov 523,8 qram heroini satarkən tutulmuşlar. Ç.İbrahimovun Lənkəran şəhərindəki yaşadığı evinə baxış zamanı 1 ədəd “AKM” silahı, 37 ədəd güllə və 1 ədəd güllə darağı aşkar edilərək götürülmüşdür.