Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Noyabrın 23-də Nəsimi rayon sakini Əmir Kərimli və onun tanışı Qədir Azadlıya qarşı quldurluq etmiş şəxslər tutulmuşlar

27.11.2009

Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 23-də Cavadxan küçəsi ev 36-da yaşayan Əmir Kərimlini və onun tanışı Qədir Azadlını tapança ilə hədələyib, onların əllərini bağlayaraq evdən 200.000 dollar və qızıl əşyalarını aparmış Zəngilan rayon sakini Racu Mehrəliyev, Bakı şəhər sakinləri Elnur Mirzəliyev və Hüseyn Qurbanov tutulmuşlar. Onlardan 1 ədəd beşbarmaq, 7 ədəd müxtəlif çaplı patron, 1 ədəd videokamera, 4.900 dollar və 400 manat götürülmüşdür.