Qısqanclıq zəminində bacısı Şəfəq Səfixanovanı boğaraq qətlə yetirmiş Şəmkir rayon sakini Daşqın Səfixanov tutulmuşdur
27.11.2009 Saat 10.30 radələrində Şəmkir rayonunun Dağ İrmaşlı kəndində, İrmaşlı kənd sakini Şəfəq Səfixanovanın üzərində zorakılıq əlamətləri olan meyiti tapılmışdır. Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 25-də Ş.Səfixanovanın qardaşı Daşqın tərəfindən qısqanclıq zəminində boğulma yolu ilə qətlə yetirilməsi müəyyən edilmişdir. D.Səfixanov tutulmuşdur. İlkin yoxlama prokurorluq tərəfindən aparılır.