Noyabrın 24-də F.İsmayılzadənin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədib hadisə yerindən qaçmış sürücü tutulmuşdur
25.11.2009 Abşeron RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 24-də Fidan İsmayılzadənin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədib hadisə yerindən qaçmış “Mercedes” markalı avtomaşının sürücüsü, Babək rayon sakini Müseyib Cəfərov tutulmuşdur.