Nəsimi rayon sakini Ş.Vəliyevaya məxsus evdə təbii qazın sızmasından partlayış baş vermişdir
25.11.2009 Saat 10.45 radələrində Nəsimi rayonundakı C.Məmmədquluzadə küçəsi ev 202-də yaşayan Şəhla Vəliyevaya məxsus evdə təbii qazın sızmasından su qızdırıcısında partlayış baş vermişdir. Nəticədə 2 kvm. sahədə hamamın yanar konstruksiyaları və oradakı əşyalar yanmış, xəsarət alan olmamışdır. Araşdırmalar aparılır.