Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Sabunçu rayonu Maştağa qəsəbəsində yol-nəqliyyat hadisəsi

24.11.2009

Saat 23.55 radələrində Sabunçu rayonu Maştağa qəsəbəsində Bilgəh qəsəbə sakini Əsgər Hüseynovun idarə etdiyi “Moskviç” markalı və Bakı şəhər sakini Əli Salmanovun idarə etdiyi “Mercedes” markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə Ə.Hüseynov və sərnişini, anası Rəna hadisə yerində ölmüş, xəsarət almış digər sərnişinləri, arvadı Səadət, oğlanları Hüseyn və Kamran xəstəxanaya yerləşdirilmişlər. Sabunçu RPİ tərəfindən araşdırmalar aparılır.