Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 39 cinayət faktı qeydə alınmışdır

23.11.2009

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 39 cinayət faktı qeydə alınmışdır ki, onların da 22-i “isti izlər”lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 2 cinayətin üstü açılmışdır.
  • Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 6 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 1 nəfər ölmüş, 7 nəfər isə yaralanmışdır.
  • 5 yanğın hadisəsi qeydə alınmışdır. Nəticədə 4 nəfər yaralanmışdır.
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir.
  • Cinayət törətdiklərinə görə 26 nəfər tutulmuşdur.

23.11.2009 tarixinə olan kriminal məlumatlar