Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Binəqədi rayonu ərazisində sərnişin qismində oturduğu iki avtomaşının sürücülərini biçaqla hədələyərək onlardan pullarını almış Biləsuvar rayon sakini S.Məmmədov tutulmuşdur

24.11.2009

Noyabrın 24-də saat 02.30 radələrində Binəqədi rayonundakı Z.Bünyadov küçəsində naməlum şəxs Bakı şəhər sakini Rasim Raqibovun idarə etdiyi “Tofaş” markalı avtomaşına sərnişin qismində oturub 7-ci mikrorayona gedəcəyini bildirmişdir. 7-ci mikrorayon ərazisində həmin şəxs R.Raqibovu bıçaqla hədələyərək ondan 5 manat almışdır. Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri  əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş Sənur Məmmədov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun həmin gün saat 01.20 radələrində 7-ci mikrorayon ərazisində “VAZ-2107” markalı avtomaşının sürücüsü, Bakı şəhər sakini Bəhmən Mahmudovu da bıçaqla hədələyərək 2 manatını və sürücülük vəsiqəsi də içində olan pul kisəsini ondan alması müəyyən edilmişdir.