Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Binəqədi rayonu Azadlıq prospektindəki 180 nömrəli evin həyətindəki avtodayanacaqda yanğın baş vermişdir

22.11.2009

Noyabrın 22-də saat 04.40 radələrində Binəqədi rayonu Azadlıq prospektindəki 180 nömrəli evin həyətindəki sakinlər üçün nəzərdə tutulmuş avtodayanacaqda sakinlərdən biri – Aleksandro Kosenkoviçə məxsus “Mercedes” markalı avtomaşından başlayan və digər 8 avtomaşına keçmiş yanğın baş vermişdir. Nəticədə 5 avtomaşın tam yararsız hala düşmüş, 4-nə isə qismən ziyan dəymişdir. Görülmüş tədbirlər nəticəsində yanğın söndürülmüş və onun digər avtomaşınlara keçməsinin qarşısı alınmışdır. Araşdırmalar aparılır.