Laçın rayon Təhsil Şöbəsinin mühasibi Möhtəbər Səmədov üstünə benzin tökərək özünü yandırmışdır
20.11.2009Saat 10.30 radələrində Laçın Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında Rayon Təhsil Şöbəsinin mühasibi Möhtəbər Səmədov üstünə benzin tökərək özünü yandırmışdır. Yanıq xəsarəti almış M.Səmədov xəstəxanaya yerləşdirilmişdir. Araşdırmalar aparılır.